Bank Of Baku

Hüquq müdafiəçiləri Azərbaycan prezidentinə və ədliyyə nazirinə müraciət edəcək

Hüquq müdafiəçiləri Azərbaycan prezidentinə və ədliyyə nazirinə müraciət edəcək
# 03 dekabr 2008 14:44 (UTC +04:00)
Bakı - APA. Hüquq-müdafiə Təşkilatları Monitorinq Qrupu sabah prezident İlham Əliyev, ədliyyə naziri Fikrət Məmmədov və Penitensiar Xidmətin rəisi Nazim Ələkbərova həbsdə olan Zahidov qardaşları - “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid və qəzetin əməkdaşı Mirzə Sakitin atalarının yas mərasimində iştirakına şərait yaradılması ilə bağlı müraciət edəcək. Bu barədə APA-ya Monitorinq Qrupunun üzvü, hüquq müdafiəçisi Çingiz Qənizadə bildirib. Ç. Qənizadə Zahidov qardaşlarının yas mərasimində iştirak etməsinə şərait yaradılmasının olduqca humanist addım kimi qiymətləndirib: “Biz buna görə, ölkə başçısına, Ədliyyə Nazirliyinin, Penitensiar Xidmətin rəhbərliyinə minnətdarlığımızı bildiririk. Azərbaycanda ilk dəfədir ki, həbsdə olan, özü də adları siyasi məsələlərdə hallanan şəxslərin öz doğmalarının yas mərasiminə qatılmasına şərait yaradılır. Biz hesab edirik ki, qanunvericilikdə nəzərdə tutulan bu cür humanist addımları gələcəkdə də davam etdirmək lazımdır”.

Hüquq müdafiəçisi deyib ki, müraciətdə, həmçinin, həbsdə olan jurnalistlərin əfv edilməsi də xahiş olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR