Bank Of Baku

İlhamə Quliyevanın oğlunun və digərlərinin məhkəmə prosesi təqsirləndirilən şəxslərin ifadələri ilə davam etdirilib

İlhamə Quliyevanın oğlunun və digərlərinin məhkəmə prosesi təqsirləndirilən şəxslərin ifadələri ilə davam etdirilib
# 03 dekabr 2008 15:03 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov, Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamov və Əzizbəyov rayonunun sabiq prokuroru Rəşid Həsənovun övladları Mahir Mirsalamov və Yalçın Həsənov və daha 11 nəfərin (ümumilikdə 14 nəfər) cinayət işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib. APA-nın məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin ifadələri alınıb. Təqsirləndirilən şəxslərdən Əli İsmayılov, Vüqar Əliyev və Cavidan Əliyev ifadə veriblər. Ə. İsmayılov deyib ki, Yalçın Həsənovu çoxdan tanıyır, amma “ekstazi” həblərini Anar adlı oğlandan 20 ədəd olmaqla, birini 50 ABŞ dollarına alıb. O, ibtidai istintaq zamanı verdiyi ifadənin təzyiq altında aldığını da söyləyib. V. Əliyev də ifadəsində özünü təqsirli bilməyib. C. Əliyev isə ilk dəfə “ekstazi”ni Ə. İsmayılovdan 60 ABŞ dollarına aldığını söyləyib: “Sonra dəfələrlə bu həblərdən almışam. Amma heç vaxt Yalçına birbaşa pul verməmişəm. Elə olub ki, 7 həbi birdən atmışam, amma təsir etməyib”.
Sonra proses dövlət ittihamçısının, vəkillərin təqsirləndirilən şəxslərə sualları və təqsirləndirilən şəxslərin üzləşməsi ilə davam etdirilib.
Məhkəmə prosesi sabah davam etdiriləcək.
Qeyd edək ki, adıçəkilən şəxslər narkotik vasitələrin qanunsuz dövriyyəsi və stifadəsində ittiham olunurlar. İttiham aktına əsasən onlar Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq), 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunurlar. Onlar bu ilin mayında Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində həbs ediliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR