Bank Of Baku

Qənimət və Sakit Zahidovlar atalarının yeddi mərasiminə qədər Şamaxıda qalacaqlar

Qənimət və Sakit Zahidovlar atalarının yeddi mərasiminə qədər Şamaxıda qalacaqlar
# 03 dekabr 2008 15:23 (UTC +04:00)
Bu barədə APA-ya Hüquq-müdafiə təşkilatları Monitorinq Qrupunun üzvü, hüquq müdafiəçisi Çingiz Qənizadə bildirib. Ç. Qənizadə deyib ki, bu barədə ona Ədliyyə Nazirliyinin rəhbərliyindən məlumat verilib: “Biz Qənimət Zahidin və Mirzə Sakitin atalarının yas mərasimində mümkün qədər çox müddətdə iştirak etmələri ilə bağlı Ədliyyə Nazirliyinin rəhbərliyi ilə danışıqlar apardıq. Nazirliyin rəhbərliyinə hüquq müdafiəçilərinin xahişini nəzərə aldıqları üçün təşəkkür edirik”.
Qeyd edək ki, həbsdə olan Zahidov qardaşları Penitensiar Xidmətin əməkdaşlarının müşayiəti ilə bu gün saat 6.00-da ataları Səlim Zahidovun yas mərasimində iştirak etmək üçün anadan olduqları Şamaxı rayonunun Meysəri kəndinə aparılıblar.
Onların anaları Xədicə Zahidova həbsdə olan oğlanlarının yas mərasimində iştirak etmələrinə şərait yaradılması xahişi ilə ədliyyə naziri Fikrət Məmmədova müraciət etmişdi.
Səlim Zahidov dekabrın 1-də dünyasını dəyişib, dünən isə torpağa tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR