Bank Of Baku

Bakıda iranlının avtomobilini qaçıran şəxslər yaxalanıb

Bakıda iranlının avtomobilini qaçıran şəxslər yaxalanıb
# 03 dekabr 2008 15:37 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Bakıda İran vətəndaşının avtomobilini qaçıran şəxslər həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, İran İslam Respublikasının vətəndaşı Əzizbəyov rayon Polis İdarəsinə müraciət edərək avtomobilinin oğurlandığını bildirib. Polis İdarəsinə şikayət ərizəsi daxil olarkən Nizami Rayon Dövlət Yol Polisi İdarəsinin əməkdaşları qaçırılan avtomobili “Şəfa” stadionu yaxınlığında saxlayıblar. Maşını qaçırmaqda təqsirli bilinən Sumqayıt şəhər sakini, 1989-cu il təvəllüdlü Elman Səfərov və Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Kamil Mehbalıyev həbs ediliblər. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR