Bank Of Baku

Adam oğruluğunda təqsirləndirilən Qobustan sakininin məhkəməsi başlayıb

Adam oğruluğunda təqsirləndirilən Qobustan sakininin məhkəməsi başlayıb
# 03 dekabr 2008 15:38 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə hakim Ramella Allahverdiyevanın sədrliyi ilə adam oğruluğunda təqsirləndirilən Qobustan rayon sakini Mübariz İsmayılovun işi üzrə məhkəmə prosesi başlayıb. APA-nın məlumatına görə, iclasda şahid ifadələri dinlənilib. Qobustan rayon Poladlı kənd sakinləri Hörmət Həsənov və Təbriz Göyçayev ifadələrində baş verən oğurluq hadisəsi ilə bağlı gördüklərini açıqlayıblar. H. Həsənov deyib ki, M. İsmayılovu qonşusu və qohumu Sevinci qaçıran zaman görüb. T. Göyçayev də ifadəsində həmkəndlisinin dediklərini təsdiq edib.
Qeyd edək ki, M. İsmayılovun barəsində Cinayət Məcəlləsinin 144-cü (adam oğruluğu) maddəsi ilə cinayət işi qaldırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR