Bank Of Baku

Erməni Mirzoyanın başçılıq etdiyi dəstə Rusiya banklarından dələduzluq yolu ilə 510 milyon dollar mənimsəyib

Erməni Mirzoyanın başçılıq etdiyi dəstə Rusiya banklarından dələduzluq yolu ilə 510 milyon dollar mənimsəyib
# 04 dekabr 2008 07:40 (UTC +04:00)
APA-nın məlumatına görə, cinayətkar dəstə dələduzluq yolu ilə 20-dən artıq bankdan 510 milyon dollar kredit götürərək mənimsəyib. Dəstəyə Kalininqrad sakini, ixtisasca həkim olan Eduard Mirzoyan və Andrey Morozov rəhbərlik edib. Dəstə saxta firmalar təsis edərək guya xaricdən müasir tibbi avadanlıq gətirmək adı ilə banklardan külli-miqdarda kredit götürərək mənimsəməkdə ittiham olunur. Araşdırma zamanı Mirzoyan və Morozovun son iki ildə 30-dan artıq firma təsis etdiyi, bu firmaların əslində kağız üzərində fəaliyyət göstərdiyi müəyyənləşib. Firmalar bankları şübhəyə salmamaq üçün ilk vaxtlar kredit faizlərini ödəyib, sonra isə iflas bəhanəsi ilə pulu qaytarmaqdan imtina ediblər. Cinayətkar dəstənin qurbanları sırasında çoxlu adlı-sanlı banklar var. Eduard Mirzoyan təkcə “Sberbank”ın Kalininqrad şöbəsindən 18 ədəd “Clinodigit” rentgen sistemi və 2 ədəd “Magneton Sonata” nüvə maqnit rezonansı aparatını girov qoyaraq 257 milyon rubl kredit götürüb. Bank girov qoyulan tibb avadanlıqlarını almaq istəyəndə məlum olub ki, avadanlıqlar olan qutular boşdur. Digər bankla bağlı analoji situasiyada isə tibbi avadanlıq olan qutulara maşın təkəri doldurulduğu müəyyənləşib. Saxlanan şəxslərə qarşı “dələduzluq yolu ilə külli miqdarda mənimsəmə” və “cinayət yolu ilə əldə olunan pul vəsaitinin leqallaşdırılması” maddələri ilə cinayət işi başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR