Bank Of Baku

Dələduzluq yolu ilə vətəndaşların 155 min dollarını mənimsəyən şəxslər barəsində araşdırma aparılır

Dələduzluq yolu ilə vətəndaşların 155 min dollarını mənimsəyən şəxslər barəsində araşdırma aparılır
# 04 dekabr 2008 10:33 (UTC +04:00)
Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, Sumqayıt şəhər sakini Ədalət Abbasov, Bakı şəhər sakinləri - Emil İsgəndərov, İsaməddin Daşdəmirov və Səbinə Təhməzova Kəlbəcər rayon sakini Süleyman Rüstəmlinin etimadını qazanaraq ali məktəbə qəbul etdirəcəkləri adı ilə ondan 95000 ABŞ dolları pul alıblar. Faktla bağlı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən araşdırmalar aparılır.
Məlumata görə, dələduzluqda təqsirləndirilən Bakı şəhər sakini Nadir Orucov barəsində də araşdırma aparılır. Qeyd olunub ki, N. Orucov ötən il aprelin 12-də Sumqayıt şəhər sakini Mülkalı Kərimovun etimadını qazanaraq, işə düzəldəcəyi adı ilə ondan 50000 manat alıb. Bu faktla bağlı Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi tərəfindən araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR