Bank Of Baku

Flora Kərimova İlhamə Quliyevanın məhkəməsində ifadə verib - FOTOSESSİYA

Flora Kərimova İlhamə Quliyevanın məhkəməsində ifadə verib - <font color=red>FOTOSESSİYA</font>
# 04 dekabr 2008 12:33 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Moskvada Nəsibə Zeynalova adına Teatrın bədii rəhbəri və direktoru Sərxan Kərəmoğlunun Azərbaycanın xalq artsiti İlhamə Quliyevaya qarşı və qarşı tərəfin isə ona qarşı qaldırdığı iddia üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, Yasamal rayon Məhkəməsində hakim Abbas Rzayevin sədrliyi ilə keçirilən prosesdə İlhamə Quliyevanın hüquqlarını vəkili Şəfiqə Nağıyeva, Sərxan Kərəmoğlunun hüquqlarını isə vəkil İlhamə Həsənova müdafiə edib. Prosesdə İ.Quliyevanın nümayəndələri qismində Aida Əhədova, Ülvi Hüseynov (Qılınc), Faiq Ələkbərli, Xəzər Eminov, Qəmər Əliyarova, Eldar İsmayılov iştirak ediblər. Qalmaqallı keçən məhkəmə prosesində Ş. Nağıyeva İ. Quliyevanın Flora Kərimovaya qarşı qaldırdığı iddia ərizəsini hakimə təqdim etmək istəsə də, hakimə ərizənin aparılan işə aidiyyəti olmadığını deyərək onu qəbul etməyib. Ş. Nağlyeva S. Kərəmoğlunu müdafiə etdiyi şəxsin ünvanına müxtəlif mətbuat orqanlarında nalayiq sözlər işlətdiyini deyib. S. Kərəmoğlunun hüquqlarını müdafiə edən İ. Həsənova isə bəzi mətbuat orqanlarında İ. Quliyevanın S. Kərəmoğlunu “tərbiyəsiz” adlandırdığını və siyasi təxribatda günahlandırdığını diqqətə çatdırıb. Hər iki vəkilin qaldırdığı vəsatətlər təmin olunmayıb.
İ. Quliyevanın nümayəndələri Qəmər Əliyarov və Xəzər Eminov da prosesdə çıxış ediblər. Xalq artisti Flora Kərimova isə məhkəmədə şahid qismində dindirilib. Çıxışında bir çox məsələlərə münasibət bildirən sənətçi, S. Kərəmoğlu ilə İ. Quliyeva arasında yaranan problemin səbəbkarı kimi özünü göstərib. F. Kərimova onunla əlaqə quran hər bir insanın İ. Quliyevanın hədəfinə çevrildiyini deyib. Hakimin “Flora xanım, məni bir vətəndaş kimi bir şey maraqlıdır - İlhamə Quliyeva ilə uzun illərdir davam edən bu münaqişənin əsasında nə dayanır” sualına Flora Kərimova belə cavab verib: “O məndən çox gec səhnəyə gəlib. Bütün filmlərdə, səhnələrdə, məsuliyyətli çıxışlarda mənə müraciət edirdilər. Bu da təbii ki, İlhamə xanımı çox qıcıqlandırırdı. Yavaş-yavaş o əndazəsindən çıxdı. Mən hər zaman sözü üzə deyirdim, ancaq o kimlərisə öyrədirdi, kimlərinsə boynuna qoyurdu və kimlərinsə dili ilə ünvanıma danışırdı. Mənim üstümdə ailəmin, millətimin, torpağımın namusu var. Sənət qısqanclığı olub”.
F. Kərimovanın bu çıxışından sonra isə S. Kərəmoğlu hakimdən çıxış üçün söz istəyərək “Flora Kərimova ilə İlhamə Quliyeva arasında illərdir davam edən bu münqişənin əsl səbəblərini onların ikisindən başqa heç kim bilmir” deyib. S. Kərəmoğlu onu da bildirib ki, İ. Quliyevanı ona “sən övladlarını Floraya görə öldürdün, övladların qurban olsun Floraya, Flora da qurban olsun övladlarına” sözlərini söylədiyinə görə məhkəməyə verdiyini deyib.
Daha sonra hakim F. Kərimovaya müraciətlə bunları deyib: “Flora xanım siz Sərxan Kərəmoğlu ilə İlhamə Quliyevanın münasibətlərinin müsbətə doğru düzəlməsinə təsir göstərə bilərsiniz. Bu günü tarixi ana çevirmək və bu tarixi işi görmək sizin ixtiyarınızdadır”. F. Kərimova isə hakimə “bunun üçün mən heç barmağımı barmağıma toxundurmaram” cavabını verib. Daha sonra İ.Quliyeva tərəfindən prosesdə iştirak edən Tarix Əliyev (Tolik) şahid qismində dindirilib. T. Əliyev S. Kərəmoğlu ilə münasibətlərində heç bir problemin olmadığını qeyd edib. O, S. Kərəmoğlu ilə İ. Quliyeva aralarında problemlər yaşanan vaxt İ. Quliyeva ilə birgə işləmədiyini deyib.
Qeyd edək ki, İ. Quliyevanın bu ilin sentyabrında S. Kərəmoğlu ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə yazdığı şikayət ərizəsinin surəti də bu gün keçirilən prosesə gətirilib. S. Kərəmoğlu və onun hüquqlarının müdafiə edən İ. Həsənova bu müddət ərizəndə ərizənin məzmununun dəyişdirildiyini iddia ediblər.
Məhkəmə prosesinin sonunda hakim A. Rzayev növbəti məhkəmə prosesinə çıxışları qiymətləndirmək üçün mütəxəssis dəvət olunacağını deyib. Proses dekabrın 17-də davam etdiriləcək.
Xatırladaq ki, S. Kərəmoğlu İ. Quliyevadan ona dəyən maddi və mənəvi ziyana görə 15 min manat, İ.Quliyeva isə S.Kərəmoğlundan 50 min manat maddi ziyana, 30 min manat isə mənəvi ziyana görə təzminat ödənməsini tələb edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR