Bank Of Baku

Azərbaycan Milli Bankı İdarə Heyətinin sədr müavininin oğlu avtomobil qəzasına düşüb

Azərbaycan Milli Bankı İdarə Heyətinin sədr müavininin oğlu avtomobil qəzasına düşüb
# 04 dekabr 2008 12:34 (UTC +04:00)
Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə dekabrın 2-də Pirallahı şossesində baş verib. Aftandil Babayevin oğlu, 1980-ci il təvəllüdlü Emil Babayevin idarə etdiyi “Honda” markalı, 90 DT 939 dövlət nömrə nişanlı avtomobil əks istiqamətdə hərəkət edən, 1980-ci il təvəllüdlü Elşad Babayevin idarə etdiyi “Niva-2121” markalı, 10 LU 088 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Qəza nəticəsində “Niva”nın sürücüsü R. Babayev və sərnişini, 1983-cü il təvəllüdlü Əlağa Bəhram oğlu Hüseynov hadisə yerindəcə ölüb.

E. Babayev və daha 3 nəfər isə ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Həkimlər E. Babayevin vəziyyətini ağır qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR