Bank Of Baku

Hidayət Orucov Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günayı qəbul edib

Hidayət Orucov Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günayı qəbul edib
# 04 dekabr 2008 13:41 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Bakıda səfərdə olan Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günayı qəbul edib. Dövlət komitəsindən APA-ya daxil olan məlumata görə, görüşdə H. Orucov Azərbaycanla Türkiyə arasında bütün sahələrdə olduğu kimi din sahəsində də əməkdaşlığın uğurla davam etdiyini bildirib. H. Orucov qeyd edib ki, Dövlət Komitəsi Türkiyənin Dini İdarəsi, Mədəniyyət və Turizm Nazirliyi, eləcə də başqa dövlət qurumları ilə yüksək səviyyəli əlaqələr qurub. Ərtoğrul Günay prezident İlham Əliyevin Türkiyə-Azərbaycan əlaqələrinin möhkəmlənməsi və uğurla davam etməsi üçün çox ciddi səy göstərdiyini diqqətə çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR