Bank Of Baku

Balakəndə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Balakəndə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib
# 04 dekabr 2008 14:54 (UTC +04:00)
Balakən. Vüqar Heydərov-APA. Balakəndə baş verən yol qəzasında bir nəfər ölüb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən rayon Polis Şöbəsindən məlumat verilib. Hadisə bu gün günorta saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 150-ci kilometrliyində, Balakən şəhəri ərazisində qeydə alınıb. 1988-ci il təvəllüdlü Laçın rayonundan olan məcburi köçkün, Suraxanı rayonu Hövsan qəsəbəsində məskunlaşan İbrahimov Elçin Mövbət oğlu idarə etdiyi “Mersedes” markalı 10 HS 855 dövlət nömrə nişanlı avtomaşınla yolu keçmək istəyən piyada 1959-cu il təvəllüdlü Balakən rayon sakini Nurməmmədov Bulat Hacı oğlunu vurub. B. Nurməmmədov hadisə yerində keçinib. İlkin araşdırma zamanı mərhumun sərxoş vəziyyətdə olduğu müəyyənləşib. Faktla bağlı Balakən rayon Polis Şöbəsində cinayət işi qaldırılıb və araşdırma davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR