Bank Of Baku

Brilliant Dadaşovanın ansamblının keçmiş üzvü “ekstazi işi” ilə bağlı məhkəmədə ifadə verib

Brilliant Dadaşovanın ansamblının keçmiş üzvü “ekstazi işi” ilə bağlı məhkəmədə ifadə verib
# 04 dekabr 2008 15:23 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov, Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamov və Əzizbəyov rayonunun sabiq prokuroru Rəşid Həsənovun övladları Mahir Mirsalamov, Yalçın Həsənov və daha 11 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib. APA-nın məlumatına görə, Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər, xalq artisti Brilliant Dadaşovanın ansamblının keçmiş üzvü, skripka ifaçısı Ramin Həsənov və Elşən Budaqovun ifadəsi alınıb. R. Həsənov ifadəsində özünü ona qarşı irəli sürünən ittiham üzrə qismən təqsirli bildiyini deyib. O, yalnız bir dəfə Yalçın Həsənovadan “ekstazi” həbini alaraq qəbul etdiyini etiraf edib.
Elşən Budaqov isə ifadəsində özünü ona qarşı qaldırılmış cinayət işi üzrə təqsirkar bilmədiyini söyləyib. Məhkəmə prosesi dekabrın 10-da davam etdiriləcək.
Xatırladaq ki, adıçəkilən şəxslər narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsində ittiham olunurlar. İttiham aktına əsasən onlar Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq), 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunurlar. Onlar bu ilin mayında Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində həbs ediliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR