Bank Of Baku

Azərbaycan Ordusunun keçmiş zabiti Kamran Əsədov və digər 19 nəfər dini radikal qrupda birləşərək hərbi mübarizəyə başlamağa cəhd etməkdə ittiham olunurlar

Azərbaycan Ordusunun keçmiş zabiti Kamran Əsədov və digər 19 nəfər dini radikal qrupda birləşərək hərbi mübarizəyə başlamağa cəhd etməkdə ittiham olunurlar
# 04 dekabr 2008 15:40 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bu gün Ağır Cinayətlərə Dair Hərbi Məhkəmədə Azərbaycan Ordusunun keçmiş zabiti Kamran Əsədovun və digər 19 nəfərin təqsirləndirilməsi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi başlanıb. APA-nın məlumatına görə, hakim İslam Neymanovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçıları Abdulla Abdullayev, Oruc Cəlilov ittiham aktını elan ediblər. İttiham aktına görə, təqsirləndirilən şəxslər - Kamran Əsədov, Bəxtiyar Orucov, Fərid Cabbarov, Elşən Məmmədov, Kamran Babayev, Samir Mehbalıyev, Tərlan Kərimov, Edqar Əliyev, Ramil Kərimov, Şirvani Babayev, Samir Əliyev, Yalçın Məhərrəmov, Orxan Əlizadə, Hacıbala Hüseynov, Azər İbadov, Şəhriyar Mehrəliyev, Ramin Cəlilov, Rövşən Əbdüləliyev, İlkin İsmayılov və Vüqar Əliyev dini radikal qrupda birləşərək, hərbi mübarizəyə başlamağa cəhd ediblər. Onlar bu əməllərini ölkədə fəaliyyət göstərən ABŞ və ona müttəfiq olan dövlətlərin səfirliklərinə, o cümlədən beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinə silahlı hücum etməklə həyata keçirmək istəyiblər. Dövlət ittihamçısı deyib ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29, 120, 181, 214, 217, 228, 232, 279, 281, 304, 315, 334-cü maddələri ilə ittiham olunurlar. Təqsirləndirilənlər isə ittiham aktının bəzi məqamları ilə razılaşmadıqlarını və özlərini qismən təqsirli bildiklərini söyləyiblər. Dövlət ittihamçısı O. Cəlilov məhkəmədən prosesin bəzi məqamlarının qapalı keçirilməsini xahiş edib. Məhkəmədə qərara alınıb ki, K. Əsədovun dindirilməsi zamanı, hərbi hissə ilə bağlı olan məqamlar araşdırılarkən iclas qapalı keçirilsin.
Proses sabah davam etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR