Bank Of Baku

Tanınmış rep ifaçısı Hüseyn Dərya həbs edilib

Tanınmış rep ifaçısı Hüseyn Dərya həbs edilib
# 04 dekabr 2008 16:03 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Azərbaycanın tanınmış rep ifaçısı Hüseyn Dərya həbs edilib. Bu barədə APA-ya H. Dəryanın həyat yoldaşı Sona Muradova məlumat verib. Onun sözlərinə görə, H. Dərya dekabrın 2-i Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri zamanı Nizami metrosunun yanında həbs edilib və onun barəsində Cinayət Məcəlləsinin 234-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama və ya satma) maddəsi ilə cinayət işi başlanılıb. H. Dərya ilə birgə onun daha iki dostunun da saxlanıldığını diqqətə çatdıran S. Muradova həyat yoldaşının üzərindən narkotik vasitə tapılmadığını bildirib. “Hüseyn dostlarının güdazına gedib. O, həbs edilən zaman üzərində narkotik tapılmayıb”
Həyat yoldaşının həbs edilməsi ilə bağlı bu gün istintaqa ifadə verdiyini vurğulayan S. Muradova H. Dəryanın qanunsuz saxlanıldığını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR