Bank Of Baku

Lənkəran sakininin ağzından güllələnmiş vəziyyətdə meyiti tapılıb

Lənkəran sakininin ağzından güllələnmiş vəziyyətdə meyiti tapılıb
# 05 dekabr 2008 07:19 (UTC +04:00)
APA-nın cənub bürosunun xəbərinə görə, saat 00.00 radələrində Lənkəran şəhərinin Şəhidlər Xiyabanı küçəsi 57 ünvanında yaşayan 23 yaşlı Ruslan Hüseynağa oğlu Axundovun meyiti evin qarajında tapılıb. Meyitin yanında TOZ-8 markalı odlu silah aşkarlanıb. Mərhumun üzərinə baxış keçirilərkən onun ağzından güllələndiyi məlum olub. Meyitin yanında məktub da tapılıb. Mərhumun yazdığı ehtimal edilən məktubda onun ölümündə heç kimin günahkar olmadığı bildirilir. R. Axundovun ailə üzvləri onun ötən gün yaxın qohumlarının toy məclisinin olduğunu, mərhumla qohumları arasında orada mübahisə yarandığını söyləyiblər. Bildirilib ki, R. Axundov toydan evə içkili vəziyyətdə dönüb.
Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR