Bank Of Baku

Bakıda bir piyadanın ölümü, ikisinin isə ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib

Bakıda bir piyadanın ölümü, ikisinin isə ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib
# 05 dekabr 2008 07:22 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bakıda üç piyadanın vurulması ilə nəticələnən ağır yol qəzası baş verib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Şıxlınski küçəsində qeydə alınıb. Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Orxan Mais oğlu Nəsirov idarə etdiyi, “Hunday” markalı, 90 DM 026 dövlət nömrə nişanlı maşınla yol kənarında duran piyadalar, 1972-ci il təvəllüdlü Bayramova Rüxsarə Kamil qızını, 1991-ci il təvəllüdlü Qiyaszadə Ceyhunə Fikrət qızını və 1954-cü il təvəllüdlü Məcidova Vəsilə Vəli qızını vurub. Qəza nəticəsində piyada V. Məcidova aldığı xəsarətdən hadisə yerində keçinib. Digərləri isə ağır bədən xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR