Bank Of Baku

Orta məktəbdən yanacaq oğurlayan Culfa sakinləri tutulub

Orta məktəbdən yanacaq oğurlayan Culfa sakinləri tutulub
# 05 dekabr 2008 07:22 (UTC +04:00)
Naxçıvan-APA. Naxçıvan Muxtar Respublikası (MR) Culfa rayonunun Bənəniyar kəndində oğurluq hadisəsi baş verib. Culfa Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın yerli bürosuna verilən məlumata görə, dekabrın 4-də polisə kənd orta məktəbin anbarından sinif otaqlarının qızdırılması üçün nəzərdə tutulan 260 litr yanacağın oğurlanması barədə məlumat daxil olub.

Araşdırmalar zamanı hadisənin kənd sakinləri Əliyev Vüsal Məhi oğlu və Nəsirov Hüseyn Nəsir oğlu tərəfindən törədildiyi məlum olub. V. Əliyev və H. Nəsirov artıq saxlanılıb, onlar günahlarını etiraf ediblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR