Bank Of Baku

Kamçatka məhkəməsi üç adamyeyənə hökm oxuyub

Kamçatka məhkəməsi üç adamyeyənə hökm oxuyub
# 05 dekabr 2008 08:16 (UTC +04:00)
Kamçatka-APA. Petropavlovsk-Kamçatka şəhər məhkəməsi insan əti yeməkdə təqsirləndirilən şəxslər barədə hökm çıxarıb. APA-nın məlumatına görə, adamyeyənlərdən ikisi 3 ay sonra azadlığa buraxılacaq. Məhkəmə üçüncü adamyeyənin 18 il müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib.

Məhkəmə istintaqı zamanı məlum olub ki, şəhərdəki evlərin birində üç nəfərin iştirakı ilə keçirilən içki məclisi zamanı dava düşüb və iştirakçılardan biri digərini qətlə yetirib. Qatil və şahid cəsədi vanna otağına aparıb, daha sonra köməyə bir nəfər də çağıraraq meyiti doğrayıblar. Hissələri sellofan paketlərə qoyan cinayətkarlar cəsədi küçəyə atıblar. Cəsədin qalıqlarını aşkarlandıqdan sonra milis əməkdaşları qatili və cinayətin digər iştirakçılarını həbs ediblər. Evə baxış zamanı mətbəxdəki qablarda qızardılmış insan əti tapılıb.

Məhkəmənin qərarı ilə qətli törədən şəxs 18 il azadlıqdan məhrum edilib. Rusiya cinayət qanunvericiliyində “adam əti yemək” barədə maddə olmadığına görə, digər iki şəxs barədə yalnız cinayəti bilib xəbər verməmək maddəsi ilə 1 il 3 ay müddəti həbs qərarı çıxarılıb. Hər iki şəxs istintaq təcridxanasında bir il saxlandığına görə, 3 aydan sonra azadlığa çıxacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR