Bank Of Baku

Sumqayıtda quldurluqla məşğul olan Lənkəran sakini həbs edilib

Sumqayıtda quldurluqla məşğul olan Lənkəran sakini həbs edilib
# 05 dekabr 2008 08:24 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Azərbaycanın Sumqayıt şəhərində quldurluqla məşğul olan Lənkəran sakini həbs edilib. Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, bir neçə gün əvvəl şəhərin Novxanı bağları ərazisində yaşayan Adil Yaqubov naməlum şəxsin basqınına məruz qalması barədə polisə ərizə ilə müraciət edib. Şikayətdə naməlum şəxsin A. Yaqubovun evinə bitişik ticarət köşkünə daxil olduğu və onun başına vuraraq dükanı qarət etdiyi bildirilib. Şikayət əsasında aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq hadisəsini Lənkəran rayon sakini, 1981-ci il təvəllüdlü Rəşid Ağayevin törətdiyi müəyyənləşib. O, ilkin dindirmə zamanı quldurluq əməlini tamah məqsədi ilə törətdiyini etiraf edib.

Faktla bağlı Sumqayıt ŞPİ-nin istintaq bölməsində Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR