Bank Of Baku

Çingiz Əsgərov: “Avropa Məhkəməsinin Əli İnsanovla bağlı qərarı icra olunacaq”

Çingiz Əsgərov: “Avropa Məhkəməsinin Əli İnsanovla bağlı qərarı icra olunacaq”
# 05 dekabr 2008 08:43 (UTC +04:00)
Bakı - APA. Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanın sabiq səhiyyə naziri Əli İnsanovun şikayəti əsasında onun müalicəsinin təmin olunması, Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülməsi barədə qərar qəbul edib. Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki nümayəndəsi Çingiz Əsgərov APA-nın sualına cavab olaraq deyib ki, məhkəmənin qərarı Azərbaycana bu həftə təqdim olunub. Ç. Əsgərovun sözlərinə görə, şikayət Avropa İnsan Hüquqları Məhkəməsinin məruzəçi hakimi tərəfindən qurumun Azərbaycan üzrə işlərə baxan sektorunun sədrinə təqdim olunub. Sektor sədri isə sabiq səhiyyə nazirinin səhhətində olan problemlərlə bağlı onun müalicəsinin təmin olunması, Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülməsi barədə qərar qəbul edib. Qərarın icra olunması üçün Azərbaycan tərəfinə gələn il yanvarın 20-nə qədər vaxt verilib.

Azərbaycan tərəfindən qərara müvafiq addımlar atılacağını bildirən Ç. Əsgərov müraciətin Ədliyyə Nazirliyinə təqdim olunduğunu deyib. Onun sözlərinə görə, qərara müvafiq olaraq Ə. İnsanov Müalicə Müəssisəsinə köçürülməlidir. O, qərarın icrası ilə bağlı Avropa Məhkəməsinə məruzə edəcəyini də bildirib.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən də APA-ya bildirilib ki, Avropa İnsan Hüquqları Məhkəməsi belə bir qərar qəbul edibsə, qərar icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR