Bank Of Baku

Moskvada quldurluqla məşğul olan Azərbaycan vətəndaşı həbs olunub

Moskvada quldurluqla məşğul olan Azərbaycan vətəndaşı həbs olunub
# 05 dekabr 2008 09:30 (UTC +04:00)
Moskva-APA. Moskvada quldurluqla məşğul olan Azərbaycan və Tacikistan vətəndaşları həbs olunub. APA-nın məlumatına görə, adı açıqlanmayan bu şəxslər axşam saatlarında qadınlara hücum edərək onları soymaqda ittiham olunurlar. Qadınların pullarını və telefonlarını əlindən alan hər iki şəxsin gün ərzində paytaxtın müxtəlif yerlərində 2-3 quldurluq faktı törətdiyi müəyyənləşib. Qısa müddətdə 18 qadını soymağa müvəffəq olan şəxslər növbəti hücuma hazırlaşan zaman yaxalanıblar. Soydaşımızı və Tacikistan vətəndaşını 7 ilədək həbs cəzası gözləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR