Bank Of Baku

Azərbaycan paytaxtında polisi aldadaraq gecə klubuna bomba qoyulması barədə yalan məlumat verən şəxs həbs edilib

Azərbaycan paytaxtında polisi aldadaraq gecə klubuna bomba qoyulması barədə yalan məlumat verən şəxs həbs edilib
# 30 yanvar 2009 14:38 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycan paytaxtında polisi aldadaraq gecə klubuna bomba qoyulması barədə yalan məlumat verən şəxs həbs edilib. Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, ötən gecə 25-ci Polis Bölməsinə anonim zəng daxil olub. Naməlum şəxs polisə Xəzər Universitetinin yaxınlığında yerləşən gecə barlarından birinə bomba qoyulması barədə məlumat verib. Daxil olan zənglə əlaqədar dərhal Fövqəladə Hallar (FHN) və Milli Təhlükəsizlik Nazirliklərinə (MTN) məlumat verilib və əməliyyat qrupu yaradılaraq əraziyə göndərilib. Ərazidə axtarış aparan FHN, MTN və polis əməkdaşları daxil olan məlumatın yalan olduğunun şahidi olublar.
Nizami rayon Polis İdarəsi əməkdaşlarının apardığı əməliyyat tədbirləri nəticəsində polisə yalan məlumatın hansı ünvandan daxil olduğu və zəngi edən şəxsin kimliyi müəyyən edilib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində polisi aldatmaqda təqsirli bilinən, Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Hüsel İsrafil oğlu Həsənov tutularaq məsuliyyətə cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR