Bank Of Baku

Bakıda taksi sürücüsünü qətlə yetirməkdə təqsirli bilinən daha bir nəfər həbs edilib

Bakıda taksi sürücüsünü qətlə yetirməkdə təqsirli bilinən daha bir nəfər həbs edilib
# 04 fevral 2009 11:31 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda taksi sürücüsünü qətlə yetirməkdə təqsirli bilinən daha bir nəfər həbs edilib. Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, ötən il dekabrın 17-də saat 16.30 radələrində Fatmayı bağları massivində yerləşən “Muğan” pansionatının yaxınlığında 1959-cu il təvəllüdlü Nəsirov Aşur Nəsir oğlunun bıçaqla qətlə yetirilmiş meyiti aşkarlanıb. Onun taksi kimi idarə etdiyi “A-Lizinq” Açıq Səhmdar Cəmiyyətinə məxsus “Azsamand” markalı 90 AC 578 dövlət nömrə nişanlı maşın həmin gün saat 21.30 radələrində Biləcəri şosesində, yolun kənarında tapılıb. Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən 1979-cu il təvəllüdlü Rəhimova Solmaz Asif qızı bu il yanvarın sonunda tutularaq məsuliyyətə cəlb edilib. İlkin dindirilmə zamanı o, qətl hadisəsini tək törətmədiyini və bu işdə ona həyat yoldaşı, 1971-ci il təvəllüdlü İlqar Məmməd oğlu Muradovun yardımçı olduğunu deyib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində qətldə iştirak edən İ. Muradov bu gün tutularaq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR