Bank Of Baku

Bakıda ana və qızını qətlə yetirən şəxsin apellyasiya şikayəti üzrə məhkəmə baxışı keçirilib

Bakıda ana və qızını qətlə yetirən şəxsin apellyasiya şikayəti üzrə məhkəmə baxışı keçirilib
# 04 fevral 2009 11:43 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində Yasamal rayon sakinləri Gülçöhrə İbrahimovanı və onun 2004-cü il təvəllüdlü qızı Sevinc İbrahimovanı qətlə yetirən Elmir Paşayevin apellyasiya şikayəti üzrə ilkin məhkəmə baxışı başlayıb. Məhkəmədən APA-ya verilən məlumata görə, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə E. Paşayev məhkəmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsini, müddətli cəza ilə əvəz olunmasını xahiş edib.
Məhkəmə prosesi fevralın 12-də keçiriləcək.
İttihama əsasən, E. Paşayev 2008-ci il iyunun 14-də Bakı şəhər sakini Gülçöhrə İbrahimovanı və onun 2004-cü il təvəllüdlü qızı Sevinc İbrahimovanı qətlə yetirib. Gülçöhrə İbrahimovanın digər qızı, 1998-ci il təvəllüdlü Səmayə İbrahimovaya isə ağır bədən xəsarəti yetirib. Qətl tamah məqsədi daşıyıb.

Qeyd edək ki, Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin qərarı ilə ana və qızını qətlə yetirməkdə təqsirləndirilən E. Paşayev ömürlük azadlıqdan məhrum edilib. O, Azərbaycan Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha artıq şəxsi qəsdən öldürmə), 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR