Bank Of Baku

1 saylı Cəzaçəkmə Müəssisəsinə narkotik vasitə keçirilməsinin qarşısı alınıb

1 saylı Cəzaçəkmə Müəssisəsinə narkotik vasitə keçirilməsinin qarşısı alınıb
# 04 fevral 2009 12:58 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda Cəzaçəkmə Müəssisəsinə narkotik vasitə keçirilməsinin qarşısı alınıb. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, bu gün 1 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən 1970-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 93-5.3 (köhnə redaksiya - quldurluq) maddəsi ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilmiş, məhkum İbrahim Bəhram oğlu Orucovun yanına görüşə gələn qohumu, 1970-ci il təvəllüdlü, Salyan rayonu Qarabağlı kənd sakini Tofiq Rəfat oğlu Qurbanov gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı kremli-qozlu “Nuqa” şirniyyatının içərisində şəffaf sellofanda gizlədilmiş 5 ədəd ədəd bükülüdə ümumi çəkisi 6,312 qram olan heroin aşkar edilərək ötürülüb.
Fakt üzrə aşkar olunan narkotik vasitələr və tutulmuş şəxslər istintaq aidiyyəti üzrə Nizami rayon Polis İdarəsinə təhvil verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR