Bank Of Baku

Nardaran sakininin barəsində həbs-qətimkan tədbirinin seçilməsi qərarından verilən apellyasiya şikayətinə fevralın 6-da baxılacaq

Nardaran sakininin barəsində həbs-qətimkan tədbirinin seçilməsi qərarından verilən apellyasiya şikayətinə fevralın 6-da baxılacaq
# 04 fevral 2009 13:24 (UTC +04:00)
Ramil Məmmədli – APA. Nardaran qəsəbəsinin sakini Hacı Əli Hüseynov
barəsində Nərimanov rayon Məhkəməsində seçilmiş 2 aylıq həbs-qətimkan tədbiri qərarından verilən apellyasiya şikayətinə fevralın 6-da Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Məhkəmədən APA-ya verdiyi məlumata görə, iş baxılması üçün hakim Mirpaşa Hüseynovun icraatına verilib.
Apellyasiya şikayətində kənd sakini barədə seçilmiş həbs-qətimkan tədbiri qərarının ləğv olunması xahiş olunub.
Qeyd edək ki, 2009-cu il yanvarın 9-da Nardaran qəsəbəsində keçirilən mitinq zamanı Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlının öldürülməsinə dair səslənmiş hədələrlə bağlı Sabunçu rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsi ilə fakt üzrə cinayət işi başlanılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 24-də Nardaran sakini Hacı Əli Hüseynov şübhəli şəxs qismində saxlanılıb. Yanvarın 26-da Nərimanov rayon Məhkəməsi Nardaran sakini barəsində həbs-qətimkan tədbiri seçib.
Xatırladaq ki, adıçəkilən işlə bağlı fevralın 3-də qəsəbə sakini Hacı Hikmət Vəliyev də saxlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR