Bank Of Baku

Sumqayıtda çilingər işləyən şəxs təmir etdiyi avtomobilin altında qalaraq ölüb

Sumqayıtda çilingər işləyən şəxs təmir etdiyi avtomobilin altında qalaraq ölüb
# 04 fevral 2009 14:48 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanın Sumqayıt şəhərində “Todino” şirkətinə məxsus avtobus parkında bədbəxt hadisə baş verib. Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, sözügedən şirkətin çilingəri avtomobilin altında qalaraq ölüb. Hadisə bu gün, Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsində yerləşən avtobus parkında baş verib. Şirvan şəhər sakini, 1960-cı il təvəllüdlü Əflatun Əlizadə tabeçiliyində olan “Todino” şirkətinə məxsus “MAN” markalı, 34 C 8073 dövlət nömrə nişanlı maşınla avtomobilin altında təmir işi aparan çilingər, 49 yaşlı Cahangir Baxşəliyevi əzib. C. Baxşəliyev aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. Məlumata görə, hadisə ehtiyatsızlıq nəticəsində baş verib. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR