Bank Of Baku

Şərur sakini dəm qazından boğulub

Şərur sakini dəm qazından boğulub
# 04 fevral 2009 19:35 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu-APA. Naxçıvan Muxtar Respublikasının (MR) Şərur rayonunun sakini dəm qazından boğulub. Şərur Rayon Prokurorluğundan (ŞRP) APA-nın yerli bürosuna verilən məlumata görə, rayonun Çərçiboğan kənd sakini, 1962-ci il təvəllüdlü Cabbarova Xatirə Məmmədhəsən qızı yaşadığı mənzilin məişət otağında paltar yuyarkən dəm qazından zəhərlənərək vəfat edib. Mərhumun cəsədi səhər saat 11: 00 radələrində oğlu Behbud Cabbarov tərəfindən evdə aşkarlanıb.

Araşdırmalar zamanı məlum olub ki, hadisəyə su çəninin qızdırılması üçün kustar üsulla hazırlanmış dəmir borunun təlimatlara uyğun çəkilməməsi səbəb olub.

Faktla bağlı ŞRP-də araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR