Bank Of Baku

Azərbaycan paytaxtında qadın qeyri-rəsmi nikah münasibətində olduğu şəxsi qətlə yetirib

Azərbaycan paytaxtında qadın qeyri-rəsmi nikah münasibətində olduğu şəxsi qətlə yetirib
# 05 fevral 2009 07:23 (UTC +04:00)
Əzizbəyov rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Buzovna qəsəbəsi, Y. Məmmədov küçəsi ev 14, mənzil 22-də baş verib. Adıçəkilən ünvanda yaşayan, 1973-cü il təvəllüdlü Zəminə Kamil qızı Babayeva qeyri rəsmi nikah münasibətlərində yaşadığı, 1957-ci il təvəllüdlü Cahanbəxt Ağacavad oğlu Cavadovu bıçaqlayıb. C. Cavadov aldığı çoxsaylı bıçaq xəsarətlərindən hadisə yerindəcə keçinib. Z. Babayeva daha sonra həmin evdə yaşayan, qaynı, 1954-cü il təvəllüdlü Ağacamal Cavadovu da qətlə yetirmək məqsədi ilə bıçaqlayıb. Lakin onu vurulan iki bıçaq zərbəsi zəif olduğundan həkimlər yaralının həyatını xilas edə bilib. Əzizbəyov rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Z. Babayeva artıq həbs edilib. İlkin məlumata görə, qətl hadisəsinin baş verməsinə ailə daxili münaqişə səbəb olub. Faktla bağlı Əzizbəyov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29,120.2.7-ci (iki və daha artıq şəxsi öldürməyə cəhd etmə) maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR