Bank Of Baku

Bakı sakini öz başını kəsərək intihar edib

Bakı sakini öz başını kəsərək intihar edib
# 05 fevral 2009 08:50 (UTC +04:00)
Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə Bakının Nəsimi rayonu, S. Vurğun küçəsi 55, ev 5-də baş verib. Adıçəkilən ünvanda yaşayan, 1953-cü il təvəllüdlü Əlişir Rauf oğlu Hüseynov bıçaqla öz boyun nahiyəsini kəsib. Mərhumun istifadə etdiyi bıçaq həddən artıq iti olduğundan onun boynu xeyli kəsilib və o, hadisə yerindəcə keçinib. Hadisə ilə bağlı araşdırma aparan istintaq qrupunun əldə etdiyi ilkin məlumatlara görə, Ə. Hüseynov bir ay əvvəl həyat yoldaşını itirib. Bildirilib ki, gənc arvadının ölümündən sarsıntı keçirən Ə. Hüseynov çıxış yolunu intiharda görüb. Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR