Bank Of Baku

Qəhrəman Ağayev: “Qubadakı kütləvi məzarlıqdan tapılmış insan sümükləri çürüməyə başlayıb”

Qəhrəman Ağayev: “Qubadakı kütləvi məzarlıqdan tapılmış insan sümükləri çürüməyə başlayıb”
# 05 fevral 2009 08:58 (UTC +04:00)
Bu barədə APA-ya Quba məzarlığında aparılan tədqiqatlara rəhbərlik edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqu Qəhrəman Ağayev məlumat verib. Onun sözlərinə görə, əgər məzarlıqdakı sümüklərin qorunması ilə bağlı təcili tədbirlər görülməsə, Quba məzarlığında “Soyqırım muzeyi” yaratmaq ideyası yarımçıq qala bilər: “Sümüklərin çürüməsi ilk baxışdan nəzərə çarpmır. Lakin mütəxəssis baxanda bunu dərhal his edir. Biz bu sümükləri itirə bilmərik. Bu, ermənilərin cinayətlərini sübut edən ən əsas faktlardan biridir”.

Qeyd edək ki, Quba məzarlığında muzey yaratmaqla bağlı təkliflər hələ ötən il Azərbaycan Nazirlər Kabineti (NK) tərəfindən dəstəklənib. Arxeologiya və Etnoqrafiya İnstitutunun NK-ya göndərdiyi əsas təkliflərdən biri məzarlıqdakı sümüklərin qorunması ilə bağlıdır: “Hazırda Quba məzarlığında iki fəhlə, bir qarovulçu var. Onlar qar yağdıqca, bu qarı təmizləyirlər ki, sürüşmə olmasın. Amma bir neçə gün bundan qabaq orda bir balaca sürüşmə olmuşdu. Bu sürüşmənin qarşısı dayaqlar vasitəsilə alınsa da, təhlükə hələ də var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR