Bank Of Baku

Nailə və Reyhanə Məcidova bacılarını qətlə yetirməkdə təqsirləndirilən şəxslərin məhkəməsində dava düşüb

Nailə və Reyhanə Məcidova bacılarını qətlə yetirməkdə təqsirləndirilən şəxslərin məhkəməsində dava düşüb
# 05 fevral 2009 09:36 (UTC +04:00)
APA-nın xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən şəxs kimi, Elnur İsmayılovun qeyri-qanuni nikahda yaşadığı qadının anası Nazilə İsmayılova ifadə verib. N. İsmayılova ifadəsində deyib ki, Dəvəçi rayonunun Nügəddə kəndində ona məxsus olan evi E. İsmayılovun təzyiqi ilə 6 min 500 ABŞ dollarına satıb: “Elnur məni aldadıb dedi ki, sənə Qubada ev alacam. Amma almadı”.
Dövlət ittihamçısı məsələni aydınlaşdırmaq istəyəndə prosesdə dava düşüb.
Təqsirləndirilən şəxslər N. İsmayılovanı təhqir edərək qadının əxlaqsız olduğunu, onun pulunu xərcləmədiklərini, evi sataraq pulu onun özünə verdiklərini deyiblər. Zala məhkəmə nəzarətçiləri daxil olub. Bundan sonra prosesdə sakitlik yaradılıb.
Hakim təqsirləndirilən şəxslərə xəbərdarlıq edərək deyib ki, bir də sakitliyə riayət etməsələr, onlara qarşı ciddi tədbirlər görüləcək.
Proses davam etdirilir.

Qeyd edək ki, Təvəkkül, Elnur və Elçin İsmayılov qardaşları Dəvəçi rayonunun Dağ Bilici kənd sakinləri Nailə və Reyhanə Məcidova bacılarını qətlə yetirməkdə ittiham olunurlar. İttiham aktında Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 149-cu (zorlama), 150.2.3-cü (azyaşlı şəxsə qarşı seksual xarakterli əməllər törətmə), 127. 1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma), 144.3-cü (adam oğurluğu), 177-ci (oğurluq), 178-ci (dələduzluq) və 221-ci (qanunsuz olaraq odlu silah, onun hissələrini hazırlama, saxlama, satma, daşıma, göndərmə) maddələri ilə ittiham olunan İsmayılov qardaşlarının ötən ilin avqustunda Məcidova bacılarını öldürdükdən sonra Samur-Abşeron kanalına atdıqları göstərilib. N. Məcidovanın meyiti keçən il avqustun 9-da Samur-Abşeron kanalının Siyəzən istiqamətində aşkarlanıb. R. Məcidovanın meyiti isə indiyədək tapılmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR