Bank Of Baku

“Dedovşına” faktında günahlandırılan hərbçilərin məhkəməsi başlayıb

“Dedovşına” faktında günahlandırılan hərbçilərin məhkəməsi başlayıb
# 05 fevral 2009 10:45 (UTC +04:00)
Bakı. Bakı Ramil Məmmədli-APA. Bu gün Bakı Hərbi Məhkəməsində hakim Salman Hüseynovun sədrliyi ilə Müdafiə Nazirliyinin Ələtdə yerləşən hərbi hospitalında müalicə olunan əsgərlərə qarşı qanunazidd hərəkətlərə yol verən Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin əsgərləri Famil Qəniyev, Cavid Yusifovun, Adil Abbasov, Rahid Cəfərov və Elxan Alməmmədovun cinayət işi üzrə məhkəmə baxışı başlayıb.
APA-nın xəbərinə görə, prosesdə prokuror Toğrul Hüseynov ittiham aktını elan edib. İttihama görə, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 332.2-ci (tabelilik münasibətlərində olmayan hərbi qulluqçular arasında münasibətlərin nizamnamə qaydalarını pozma, zərərçəkmiş şəxsin şərəf və ləyaqətini alçaltmaqla və ya ona qarşı zor tətbiq etməklə əlaqədar olduqda) və 332.2.3-cü (eyni əməllər bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunurlar. Onlar 2008-ci ilin fevralın 21-də Müdafiə Nazirliyinin Ələtdəki Hospitalında nizamnamədən kənar hərəkətlər edərək orada müalicə olunan əsgərlərin bir-birini döyməsini əmr ediblər. Bu hərəkət təqsirləndirilən şəxslər tərəfindən qabaqcadan əlbir olmaqla planlaşdırılıb.
Prosesdə təqsirləndirilən şəxslər ifadə veriblər. Onlar bu hərəkəti əylənmək üçün həyata keçirdiklərini deyiblər. Təqsirləndirilənlər eyni zamanda əməllərinin qərəzli olmadığını da açıqlayıblar.
Qeyd edək ki, təqsirləndirilən şəxslərdən ikisi - Rahid Cəfərov və Elxan Alməmmədov məhkəmənin hazırlıq iclasında məhkəmə zalındaca həbs olunublar.
Xatırladaq ki, “dedovşina” faktı ilə bağlı İnternet saytlarında video çarx yayımlandıqdan sonra cinayət işi başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR