Bank Of Baku

Elçin Behbudov Ruslan Bəşirli ilə görüşüb

Elçin Behbudov Ruslan Bəşirli ilə görüşüb
# 05 fevral 2009 12:43 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Penitensiar Xidmətin 1 və 6 saylı cəzaçəkmə müəssisələrində olub. E. Behbudov APA-ya açıqlamasında 1 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsində “Yeni Fikir” Gənclər Hərəkatının sədri Ruslan Bəşirli ilə görüşdüyünü deyib. O, R. Bəşirlinin əfv olunması ilə bağlı prezidentə ünvanlandığı müraciətin nəticəsi ilə maraqlandığını bildirib: “Ruslan Bəşirli əfv olunması üçün İşgəncələrə Qarşı Azərbaycan Komitəsi adından prezidentə növbəti dəfə müraciət göndərilməsini xahiş edib”.

E. Behbudov 6 saylı cəzaçəkmə müəssisəsində Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) həbs olunan uşu-sanda üzrə dəfələrlə dünya və Avropa çempionu Rafət Mehdiyev və Samir Aslanov adlı məhbusla görüşdüyünü də söyləyib. Hüquq müdafiəçisinin sözlərinə görə, R. Mehdiyev özünü təqsirli bilmədiyini və əfv olunması üçün ölkə prezidentinə müraciət etmək istədiyini açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR