Bank Of Baku

Mirzə Sakitin müraciəti təmin olunmayıb

Mirzə Sakitin müraciəti təmin olunmayıb
# 05 fevral 2009 12:47 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bakı Apellyasiya Məhkəməsində “Azadlıq” qəzetinin həbsdə olan əməkdaşı Mirzə Sakitin cəzasının qalan hissəsinin çəkilməsindən azad edilməsi ilə bağlı müraciətə baxılıb. M. Sakitin vəkili İsaxan Aşurov APA-ya bildirib ki, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə məhbusun müraciəti təmin olunmayıb. Səbəb kimi M. Sakitin özünü təqsirli bilməməsi və islah olunmaması göstərilib. İ. Aşurov məhkəmənin qərarını obyektiv hesab etmədiyini və M. Sakitin daha yuxarı məhkəmə instansiyasına şikayət etmək hüququnun olduğunu bildirib.

Xatırladaq ki, Nərimanov rayon Məhkəməsi M. Sakitin cəzasının qalan hissəsinin çəkilməsindən azad edilməsi ilə bağlı ərizəsini təmin etməmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR