Bank Of Baku

Uzun müddət axtarışda olan 60 yaşlı qadın Bakıda həbs edilib

Uzun müddət axtarışda olan 60 yaşlı qadın Bakıda həbs edilib
# 05 fevral 2009 14:23 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Axtarışda olan 60 yaşlı qadın Bakıda həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1948-ci il təvəllüdlü Fatma Almaz qızı Talıbova rəsmi sənədləri saxtalaşdırmaqda təqsirli bilinir. Cinayət Məcəlləsinin 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya sənədlərdən istifadə etmə) maddəsi ilə uzun müddət axtarışda F. Talıbova Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsi əməkdaşların həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı istintaq tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR