Bank Of Baku

Azərbaycan paytaxtında aptekə basqın olub

Azərbaycan paytaxtında aptekə basqın olub
# 06 fevral 2009 07:32 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycan paytaxtında apteklərdən birinə basqın olub. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, naməlum şəxslər paytaxtın Füzuli küçəsində yerləşən, 1968-ci il təvəllüdlü Məlikov Bəhram Kamil oğluna məxsus “Riad Farm” şirkətinin nəzdində fəaliyyət göstərən aptekin qapısını qıraraq içəri daxil olub və oradan dərman pereparatları, optik eynəkləri oğurlayıblar. Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən 1979-cu il təvəllüdlü Rəhimov Arzu Eldar oğlu tutularaq məsuliyyətə cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR