Bank Of Baku

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Belarusda həbs edilib

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Belarusda həbs edilib
# 06 fevral 2009 07:49 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda bir sıra ağır cinayətlər törətdiyi üçün barəsində beynəlxalq axtarış elan olunmuş şəxs Belarusda həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, əməliyyat Qaradağ Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi tərəfindən həyata keçirilib. Aparılan əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu (cinayət etməyə cəhd), 120-ci (qəsdən adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə axtarışda olan, 1982-ci il təvəllüdlü Əliyev Vüsal Səhhət oğlunun Belarusda Respublikasının Minsk şəhərində gizləndiyi müəyyən edilib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində V. Əliyev tutularaq Azərbaycana gətirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR