Bank Of Baku

Bakıda marşrut avtobusu polisin üstünə aşıb

Bakıda marşrut avtobusu polisin üstünə aşıb
# 06 fevral 2009 08:46 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda marşrut avtobusu polisin üstünə aşıb. Klinik Tibbi Mərkəzdən APA-ya verilən məlumata görə, hadisə bu səhər, saat 10.00 radələrində paytaxtın R. Behbudov küçəsində baş verib. Yol ilə hərəkət edən marşrut avtobusu səkinin kənarında duran Nəsimi rayon Polis İdarəsinin əməkdaşı Rəşad Abbasovun üstünə aşıb. Qəza nəticəsində marşrutda olan bir neçə nəfər yüngül, polis əməkdaşı isə ağır yaralanıb. Klinik Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilən R. Abbasov əməliyyat olunub. Onun vəziyyəti ağır qiymətləndirilir.

Nəsimi rayon Polis İdarəsindən APA-ya faktı təsdiqləsələr də, hadisənin baş vermə səbəbləri barədə əlavə məlumat verilməyib. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR