Bank Of Baku

Bakı Apellyasiya Məhkəməsi Nardaran sakini Hacı Əli Hüseynov barəsində çıxarılmış həbs qərarını qüvvədə saxlayıb

Bakı Apellyasiya Məhkəməsi Nardaran sakini Hacı Əli Hüseynov barəsində çıxarılmış həbs qərarını qüvvədə saxlayıb
# 06 fevral 2009 10:31 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Bakı Apellyasiya Məhkəməsi Nardaran sakini Hacı Əli Hüseynovun barəsində Nərimanov rayon Məhkəməsinin çıxardığı qərarı qüvvədə saxlayıb. APA-nın məlumatına görə, Nardaran qəsəbəsinin sakini Hacı Əli Hüseynov barəsində Nərimanov rayon Məhkəməsi tərəfindən seçilmiş 2 aylıq həbs-qətimkan tədbirinin dəyişdirilməsinə dair apellyasiya şikayətinə bu gün hakim Mirpaşa Hüseynovun sədrliyi ilə baxılıb.

Qeyd edək ki, 2009-cu il yanvarın 9-da Nardaran qəsəbəsində keçirilən mitinq zamanı Hacı Əli Hüseynov Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlının öldürülməsi ilə bağlı fətva verildiyini bildirib. Mitinqdə səslənmiş hədələrlə bağlı Sabunçu rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsi ilə cinayət işi başlanılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Hacı Əli Hüseynov yanvarın 24-də saxlanılıb. Yanvarın 26-da isə Nərimanov rayon Məhkəməsi onun barəsində həbs-qətimkan tədbiri seçib.

Xatırladaq ki, adıçəkilən işlə bağlı fevralın 3-də qəsəbə sakini Hacı Hikmət Vəliyev də saxlanılıb. Artıq onun barəsində də iki aylıq həbs-qətimkan tədbiri seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR