Bank Of Baku

Rusiya gəmisi Azərbaycanda həbs olunub

Rusiya gəmisi Azərbaycanda həbs olunub
# 06 fevral 2009 14:20 (UTC +04:00)
APA-nın “Reqnum” agentliyinə istinadən verdiyi məlumata görə, gəmi “Xəzər Dəniz Neft Donanması” Dövlət Şirkətinin iddiası əsasında həbs olunub. Adı çəkilən şirkət gəminin sahibindən gəminin yükünün xilas edilməsinə görə kompensasiya tələb edir. Qeyd edək ki, “Sarmat-1” gəmisi Həştərxan-Ənzəli istiqamətində hərəkət edən zaman Abşeron yarımadasında tufanla üzləşib. Gəminin sükan hissəsi qırıldığına görə, heyət həyəcan siqnalı verməyə məcbur olub. “Xəzər Dəniz Neft Donanması” Dövlət Şirkəti ilə danışıqlardan sonra şirkət gəmini yedəyə alaraq sahilə gətirməyə razılıq verib.

Qeyd edək ki, xilas olunan gəmi Ənzəliyə metal və ağac məhsulları aparırmış. “Sarmat-1” gəmisi Bakı tərsanəsində təmir olunub və dənizə çıxmağa tam hazır vəziyyətdə olsa da, kompensasiya məsələsinin həllini tapmaması buna imkan vermir. “Xəzər Dəniz Neft Donanması” Dövlət Şirkətindən “SiaNews” agentliyinə bildiriblər ki, kompensasiyanın məbləği gəminin sahibinə bildirilib, onun vəziyyətdən xəbəri var. Agentlik gəminin sahibinin “Naviqator” Qapalı Səhmdar Cəmiyyəti olduğunu bildirir.

“Portnews” agentliyi isə gəminin “Amesko” Açıq Səhmdar Cəmiyyətinə məxsus olduğunu qeyd edir. Agentlik bu şirkətin hadisə ilə bağlı bəyanatını da dərc edib. Bəyanatda bildirilir ki, “Xəzər Dəniz Neft Donanması” Dövlət Şirkəti gəmini xilas etdiyinə görə 700 min avro kompensasiya tələb edir: “Lakin bu rəqəm həddən artıq şişirdilib. Bizim sığorta şirkətimiz şişirdilmiş deyil, real məbləği ödəməyə hazırdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR