Bank Of Baku

Baş Prokurorluq ötən il Azərbaycanda korrupsiya faktları üzrə 121 nəfər barəsində 70 cinayət işinin ibtidai istintaqını yekunlaşdırıb

Baş Prokurorluq ötən il Azərbaycanda korrupsiya faktları üzrə 121 nəfər barəsində 70 cinayət işinin ibtidai istintaqını yekunlaşdırıb
# 06 fevral 2009 15:37 (UTC +04:00)
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu barədə Respublika Prokurorluğunda keçirilən kollegiya iclasında baş prokuror Zakir Qaralovun 2008-ci ilin yekunları ilə bağlı hesabat məruzəsində qeyd olunub. Məruzədə qeyd olunub ki, ötən ildə mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiya cinayətlərinə qarşı kəsərli mübarizənin təmin olunması istiqamətində müəyyən işlər görülüb, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən bu istiqamətdə müəyyən müsbət işlər görülüb. Bildirilib ki, vəzifədən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, rüşvət alma, qulluq mövqeyindən istifadə etməklə dövlət əmlakını talama və digər faktlar üzrə 121 nəfər barəsində 70 cinayət işi üzrə ibtidai araşdırmalar yekunlaşdırılmaqla, aidiyyəti üzrə baxılması üçün müvafiq məhkəmələrə göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR