Bank Of Baku

Dişində həbsxanaya narkotik keçirmək istəyən şəxs yaxalanıb

Dişində həbsxanaya narkotik keçirmək istəyən şəxs yaxalanıb
# 07 fevral 2009 07:54 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin apardığı əməliyyat nəticəsində cəzaçəkmə müəssisəsinə narkotik vasitənin keçirilməsinin qarşısı alınıb. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya daxil olan məlumata görə, fevralın 6-da həbsxanada cəza çəkən Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinərək 2 il müddətində azadlıqdan məhrum edilmiş 1960-cı il təvəllüdlü Hüseynov Həbib Vəliməmməd oğlunun yanına görüşə gəlmiş Astara rayon Ərçivan kənd sakini, 1963-cü il təvəllüdlü Hüseynov Salman Vəliməmməd oğlu və Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü Niftəliyev Yaşar Sərmas oğlunun üzərinə baxış keçirilən zaman Y. Niftəliyevin ağzında olan protez dişlərə ip vasitəsi ilə bağlanmış sellofana bükülmüş 2.05 qram heroin aşkarlanıb.

Ötən gün həmçinin 4-cü rejim korpusunun 110 saylı kamerasında axtarış-baxış keçirərkən gizli saxlanc yerindən ömürlük məhkum edilmiş Hacıyev Əflatun İbrahim oğluna məxsus “Motorolla” markalı mobil telefon aşkar edilib.

Hər iki faktla bağlı həbsxananın əməliyyat şöbəsi tərəfindən təhqiqat aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR