Bank Of Baku

Azərbaycan paytaxtında narkotik alverində təqsirli bilinən 80 yaşlı qadın həbs edilib

Azərbaycan paytaxtında narkotik alverində təqsirli bilinən 80 yaşlı qadın həbs edilib
# 07 fevral 2009 09:32 (UTC +04:00)
Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, BŞBPİ Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Yasamal rayon sakini, 1929-cu il təvəllüdlü Mehparə Əliheydər qızı Əliyeva şübhəli şəxs qismində saxlanılıb.

Saxlanılan 80 yaşlı qadının üzərinə baxış keçirilərkən onun corabının içərisindən 3 ədəd bükülüdə ümumi çəkisi 1.34 qram olan heroin aşkar edilərək götürülüb. Saxlanılan şəxsin Ə. Abdullayev küçəsində yerləşən mənzilinə baxış keçirilərkən təqsirləndirilən şəxsin orada yaşayan oğlu, 1968-ci il təvəllüdlü Tərlan Əliyevdən də müxtəlif miqdarda narkotik vasitə aşkar edilərək götürülüb.

Araşdırmalar nəticəsində M. Əliyevanın uzun illərdən bəri narkotik vasitələrin qanunsuz alveri ilə məşğul olduğu məlum olub. Faktla bağlı Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik maddələri əldə etmə, saxlama və ya satma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR