Azərbaycanın Sumqayıt şəhərində 19 yaşlı qız dəm qazından boğularaq ölüb, daha bir nəfər isə zəhərlənib
10 dekabr 2009 08:41 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Azərbaycanın Sumqayıt şəhərində dəm qazından iki boğulma faktı qeydə alınıb. Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib.
Hər iki hadisə dekabrın 9-dan 10-a keçən gecə baş verib. Sumqayıt şəhər sakini, 1990-cı il təvəllüdlü Samirə Əhədova yaşadığı evin hamamında çimərkən dəm qazından boğularaq ölüb.
Daha bir dəm qazı faciəsi isə 50 yaşlı Nadir Paşayevin ailəsində qeydə alınıb. Dəm qazından zəhərlənən N. Paşayev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Hər iki fakt üzrə araşdırma aparılır.

Hadisə
Şabranda yeniyetmə 4-cü mərtəbədən yıxılaraq xəsarət alıb
15:03
30 may 2024
DİN: Fərid Mehralızadə polis orqanına dəvət olunub, araşdırma aparılır
14:49
30 may 2024
Baş prokurorun müavini: Ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna 2,6 milyon manat ödənilib - VİDEO - YENİLƏNİB
14:32
30 may 2024
Sumqayıtda qanunsuz hasarlama işlərinin qarşısı alınıb - VİDEO
13:08
30 may 2024