Azərbaycanda polis mayoru rüşvət alarkən tutulub
13 fevral 2012 13:02 (UTC +04:00)
Məlumatda bildirilir ki, fevralın 11-də Bakı şəhər sakini R. Bağırova Daxili İşlər Nazirliyinə müraciət edərək qohumu H. Babayevin cinayət məsuliyyətinə cəlb olunmaması müqabilində özünü Sabunçu Rayon Polis İdarəsinin əməkdaşı kimi təqdim edən bir şəxsin ondan pul tələb etməsi barədə məlumat verib. Nazirliyin və Baş Prokurorluğun əməkdaşlarından ibarət əməliyyat qrupu tərəfindən həyata keçirilmiş operativ tədbirlərlə Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Nurəddin Qəmbərov həmin vətəndaşdan 1500 ABŞ dolları alarkən saxlanılıb.
Fakta görə cinayət işi başlanılaraq istintaq aparılır.
Fakta görə cinayət işi başlanılaraq istintaq aparılır.
Hadisə
Qaxda maşın sexində baş verən yanğın söndürülüb - FOTO - YENİLƏNİB
00:25
21 may 2024
Masallı sakini həmkəndlisini ov tüfəngi ilə qətlə yetirib - YENİLƏNİB
00:17
21 may 2024
Türkiyədə tutularaq ölkəyə gətirilən Fazil Qasımovun həbs müddəti uzadılıb
18:29
20 may 2024
Cavanşir körpüsünün sökülməsi və layihənin icrası 4-5 ay ərzində tamamlanacaq - FOTO - VİDEO - YENİLƏNİB-1
17:40
20 may 2024