Azərbaycan polisi Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq
19 mart 2012 08:44 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Azərbaycan polisi Novruz bayramı günlərində gücləndirilmiş rejimdə çalışacaq. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb.
Əmrə əsasən, respublikada keçiriləcək Novruz bayramı şənlikləri zamanı ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunmasının, xidməti vəzifələrin yüksək səviyyədə və daha mütəşəkkil icrasının təmin edilməsi məqsədi ilə 2012-ci il mart ayının 20-dən 27-dək DİN-in bütün orqan və hissələrinin şəxsi heyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Əmrdə, həmçinin bildirilir ki, bayram günlərində ictimai yerlərdə və küçələrdə xoşagəlməz hadisələrin qarşısını almaq və hüquq qaydasına nəzarəti gücləndirmək məqsədi ilə post patrul xidməti naryadlarının sayı artırılacaq.

Hadisə
Bakıda Hindistan vətəndaşlarını ABŞ-a aparmaq adı altında dələduzluq edilib, pakistanlı saxlanılıb - VİDEO
14:42
21 may 2024
Əziz Orucovun həbs müddəti uzadılıb
14:13
21 may 2024
Qubad İbadoğlu barəsində qətimkan tədbiri dəyişdirilib, elektron qolbağı açılıb
13:04
21 may 2024
BMCMİ əməliyyatlar keçirib, 46 kq narkotik, 3 silah aşkarlanıb
11:14
21 may 2024