Ucar rayonunda 3 nəfərin xəsarəti ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib
14 aprel 2012 18:09 (UTC +04:00)
Ucar. Zahid Abışov – APA.Ucar rayonunda 3 nəfərin xəsarəti ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə bu gün axşam saatlarında Ucar rayonunun Boyad kəndində baş verib. Belə ki , 1985-ci il təvəllüdlü Qəbələ rayon sakini Mövlanov Vilayət Fərman oğlunu ilan vurub. Yaxınları onu xəstəxanaya apararkən özləri yol-nəqliyyat hadisəsi törədiblər. Ucar rayon sakini 1975-ci il təvəllüdlü Fərzəliyev Səfxan Ağasüleyman oğlunun idarə etdiyi VAZ-2104 markalı maşınla, Qəbələ rayon sakini 1987-ci il təvəllüdlü Məmmədov Elçin Maarif oğlunun idarə etdiyi Mercedes markalı maşın toqquşub. Nəticədə hər iki sürücü və VAZ-2104-ün sərnişini 1977-ci il təvəllüdlü sürücünün həyat yoldaşı Fərzəliyeva Aytəkin Ağababa qızı müxtəlif bədən xəsarətləri ilə Ucar rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Hadisə
Ziya Bünyadov-Atatürk prospektlərinin kəsişməsində, Aeroport şosesində yol-nəqliyyat hadisələri baş verib
09:38
18 may 2024
Şəmkirdə qəza olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB - FOTO
23:39
17 may 2024
Bakının İstiqlaliyyət küçəsində kafedə tüstülənmə olub
21:26
17 may 2024
FHN: Kürdəmir və Saatlıda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib - VİDEO
19:55
17 may 2024