Zaqatalada 6 bal gücündə zəlzələ baş verib-YENİLƏNİB
18 may 2012 20:58 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzi yeraltı təkanların episentrdə (12 ballıq cədvəl üzrə) 6 bal, Zaqatalada və ocağa yaxın məntəqələrdə 5 və 4 bal gücündə hiss olunduğu barədə məlumat verib.
APA-nın Şəki-Zaqatala bürsonun məlumatına görə, baş vermiş zəlzələ nəticəsində Zaqatala və Qax rayonunda yenidən dağıntılar qeydə alınıb. Hər iki rayonun icra hakimiyyətlərindən verilən məlumata görə, əvvəlki zəlzələdə qəzalı vəziyyətə düşmüş tikililərin böyük əksəriyyəti uçub.
Zaqatala Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, bir neçə nəfər təcili tibbi yardım maşını ilə xəstəxanaya gətirilib. Gələnlərin əksəriyyəti stress keçirmiş insanlardır.
Fövqəladə Hallar Nazirliyi bir nəfərin yüngül xəsarət aldığı barədə məlumat verib.
Zaqatala Rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, zəlzələ baş verən zaman Zaqatala-Muxax yolu ilə hərəkət edən, 21 yaşlı Fərid Hacıömərov idarə etdiyi avtomobili həyəcandan yol kənarındakı ağaca çırpıb. Nəticədə sürücü aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.
Zaqatala rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Elman Ramazanov APA-ya bildirib ki, hazırda komissiya baş vermiş sonuncu təkan nəticəsində meydana gələn fəsadları araşdırır. O, dağıntılar barədə hesablamalardan sonra məlumat veriləcəyini qeyd edib.
***
20.55
Bakı-APA. Bu gün yerli vaxtla saat 19:46:33 radələrində Zaqataladan 15 km cənubda zəlzələ qeydə alınıb.
APA-nın xəbərinə görə, bu barədə AMEA-nın Respublika Seysmoloji Xidməti məlumat verib.
Məlumata görə, zəlzələ episentrdə (12 ballıq cədvəl üzrə) 6 bal, Zaqatalada və ocağa yaxın məntəqələrdə 5 bal və 4 bal gücündə hiss olunub.
Fövqəladə Hallar Nazirliyi bir nəfərin yüngül yaralanması ilə bağlı xəbər yayıb.

Hadisə
Bakıda mağazada qadının xəsarət alması barədə sosial şəbəkədə yayılan məlumata münasibət bildirilib
18:32
23 may 2024
"Hard diskləri komitə sədrinin tapşırığı ilə evinin həyətində doğrayıb tulladıq" - Naxçıvanın sabiq maliyyə naziri və gömrükçünün məhkəməsi
16:31
23 may 2024
Naxçıvanda yol qəzası olub, xəsarət alan var
15:24
23 may 2024
Külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb - FOTO
14:03
23 may 2024