Məhkəmə Bakı Metropoliteni rəisinin “Azadlıq” qəzetinə qarşı iddiasını qismən təmin edib
13 iyun 2012 14:58 (UTC +04:00)
Bakı-APA. Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun “Azadlıq” qəzetinə qarşı iddiası təmin olunub. Media Hüquq İnstitutundan APA-ya verilən məlumata görə, Yasamal rayon Məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə keçirilən prosesdə qəbul olunan qərara əsasən, “Azadlıq” qəzeti Tağı Əhmədova mənəvi zərər əvəzi olaraq 30 000 manat təzminat ödəməlidir. Məhkəmə qərarına görə, həmçinin , “Azadlıq” qəzeti 8 aprel 2012-ci il sayında çap etdiyi “Tağı Əhmədov 5 qəpikləri mənimsədi” sərlövhəli yazıdakı bilgiləri təkzib etməlidir.
Qeyd edək ki, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov “Azadlıq” qəzetinə qarşı iddiasında məhkəmədən qəzetin üzərinə təkzib vermək və 200 000 manat təzminat ödəmək vəzifəsi qoyan qərar çıxarmağı xahiş etmişdi.
“Azadlıq” qəzetini məhkəmədə Media Hüququ İnstitutunun vəkilləri təmsil ediblər. Vəkil Fariz Namazlı məhkəmə qərarının qanunsuz olduğunu bildirib. Vəkil qərardan apellyasiya şikayəti verəcəklərini deyib.

Hadisə
Qəbələdə qəzaya düşən xarici vətəndaşlardan biri helikopterlə Bakıdakı tibbi müəsissəyə təxliyə olunub - BİRGƏ MƏLUMAT - VİDEO
13:16
17 iyun 2024
Bakıda yol qəzası olub, yolda sıxlıq yaranıb
13:02
17 iyun 2024
Ağdamda 10 tüfəng polisə təhvil verilib
12:50
17 iyun 2024
İsmayıllıda avtomobil qəzası olub, 3 nəfər yaralanıb
09:53
17 iyun 2024